Kaxa Kaladze -Gürcüstan Ukraynanın bərpası ilə bağlı Berlində keçirilən konfransda bir daha Ukraynaya dəstəyini ifadə etdi
Paytaxtın meri Kaxa Kaladze media ilə söhbətində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Berlində Ukraynanın bərpası ilə bağlı konfransda iştirakını qiymətləndirib və Gürcüstanın bununla dost Ukraynaya dəstəyini beynəlxalq platformada bir daha ifadə etdiyini bildirib.
Kaxa Kaladze, Gürcüstanın gələcəkdə də Ukraynaya dəstəyini davam etdirəcəyini deyib.
“Sırağagün baş nazir Ukraynanın bərpası ilə bağlı forumun keçirildiyi və müxtəlif ölkələrin yüksək rütbəli şəxslərinin təmsil olunduğu Almaniyanın paytaxtı Berlində idi və Gürcüstan təbii ki, bir daha əməkdaşlığa və dəstək verməyə hazır olduğunu bildirib. Biz bütün beynəlxalq platformalarda Ukraynaya dəstəyimizi ifadə edirik. Çoxlu belə qərarlar qəbul edilib, Ukrayna vətəndaşları bu gün də ölkəmizdə bir çox güzəştlərdən faydalanırlar. Dost ölkəyə olan bu dəstək və yardım davam edəcək”- deyə Tbilisi meri açıqlayıb.