Kaxa Kaladze - Futbolçularımız Şərəf ordenini mütləq alacaqlar
Kaxa Kaladze - Futbolçularımız Şərəf ordenini mütləq alacaqlar

 
Prezidentin futbolçuların və Futbol Federasiyasının rəhbərlərinin Şərəf ordeninə layiq görülməsi məsələsinə bu vaxtadək münasibət bildirməməsi təəssüfdoğurucu haldır-bu haqda Tbilisi meri Kaxa Kaladze medianın müvafiq sualına cavabında deyib.

Kaxa Kaladze, vaxtı yetişəndə futbolçuların Şərəf ordenini mütləq alacaqlarını bildirib.

“Prezidentin milli komandanın futbolçularının və Futbol Federasiyasının rəhbərlərinin Şərəf ordeninə layiq görülməsi məsələsinə bu günədək münasibət bildirməməsi təəssüfdoğurucu haldır. Bəyanat hələ oyundan sonra verilmişdi. Aprelin əvvəlində baş nazir və parlamentin sədri prezidentə rəsmi müraciət ediblər. Oğlanlarımız vaxtı yetişəndə Şərəf ordenini mütləq alacaqlar. Onlara uğurlar arzulamaq istəyirəm”- deyə paytaxtın meri açıqlayıb.