Kaxa Kaladze əməkdaşlarına müraciət etdi ki, iş parkinq kartlarını ailə üzvlərinə verməsinlər
“Bizə privilegiyaları olan yüksək rütbəlilər lazım deyillər, biz xalqa və şəhərimizə xidmət edirik və adi bir vətəndaşdan fərqimiz olmamalıdır”, – bu bəyanatı paytaxtın meri Kaxa Kaladze bugünki hökümət iclasında verdi.
Kaxa Kaladzenin dediyinə görə, son dövrdə parkinq kartlarıntan suistifadə halları aşkarlandı.
“Vurğulayaraq demək istəyirəm ki, bu kartlar sadəcə operativ təyinatlı avtomobillər üçündür və belə kartlar sadəcə xüsusi xidmətlərdə olur.
Öz əməkdaşlarımdan və müavinlərimdən xahiş edirəm ki, belə kartlardan suistifadəyə yol verməsilər. Onlardan xahiş edirəm ki, özgələr üçün nümunə olaq” – dedi Kaladze.