Kaxa Kaladze - distribusiya şirkətlərinə gecə işləmək üçün insanların artırılması lazımdırsa, artırsınlar
Kaxa Kaladze - distribusiya şirkətlərinə gecə işləmək üçün insanların artırılması lazımdırsa, artırsınlar

Tbilisidə, distribusiya maşınlarının gecə saatlarında işləməsini nəzərdə tutan tənzimləmə, paytaxtda tixac problemini tam olmasa da qismən səhmana salacaq, – bu barədə Tbilisi meri, Kaxa Kaladze bəyan etdi.

Onun dediyinə görə, hamı tıxac və ekologiya problemi barəsində danışır və hamı razılaşır ki, qeyd olunan problem həll olunmalıdır.

“Problemin həllinə başlayanda və konkret layihənin həyata keçirilməsi zamanı, daha bir başqa problem yaranır. Məsələn hesab edirəm ki, gündüz distribusiya maşınlarının hərəkəti problem yaradır. Əgər distribusiya şirkətlərinə gecə işləmək üçün insanların artırılması lazımdırsa, artırsınlar”, – Kaxa kaladze bəyan etdi.

Onun dediyinə görə, mövcud problemlərin həlli üçün tənzimləmələrin həyata keçirilməsi lazımdır.

Kaxa Kaladzenin bəyan etdiyinə görə, bənzər tənzimləmə marşrut mikroavtobuslarına və zibilin daşınmasına aid oldu.