Kaxa Kaladze - Çariça Ketevan prospektinin reabilitasiyası nəticəsində drenaj sistemi təmir olunacaq, çöl işıqlandırma sistemi qaydasına salınacaq, yeraltı kommunikasiya şəbəkələri dəyişdiriləcək, yeraltı zibil qutuları quraşdırılacaq
Paytaxt meri Kaxa Kaladze metronun “Avlabari” stansiyasının ərazisindən Lex Kaçinskinin yeni təmir olunmuş küçəsinə qədər olan iki kilometrlik yol hissəsini əhatə edən Çariça Ketevan prospektində aparılan infrastruktur işləri ilə tanış olub.
Kaxa Kaladzenin sözlərinə görə, prospektin bərpası bir neçə mərhələ üzrə nəzərdə tutulub və qeyd edib ki, birinci mərhələdə nəzərdə tutulan işlər Avlabari meydanından Telavi küçəsinə qədər olan hissədə həyata keçiriləcək.
“Nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və yeraltı kommunikasiyalar tamamilə dəyişdirilir, su boruları yeniləriylə əvəzlənir və drenaj sistemi tam qaydasına salınır. Vəziyyət çox pis idi, yeraltı rabitə şəbəkələri zədələnmişdi. Xarici işıqlandırması, səkiləri ilə birlikdə hər şey qaydasına salınacaq. Bununla yanaşı, yeraltı zibil qutuları da yerləşdiriləcək” – deyə Tbilisi meri qeyd edib.
Bununla yanaşı, Tbilisi meriyasının məlumatına görə, layihəyə əsasən yolun hərəkət hissəsinə ikiqat asfalt örtüyü döşənəcək. Bundan başqa, yerüstü elektrik xəttləri yerin altına yerləşdiriləcək. Xarici işıqlandırma şəbəkəsi tamamilə yenidən qurulacaq və müassir standartlara uyğun LED işıqlar quraşdırılacaq, ictimai nəqliyyat üçün isə avtobus zolağı ayrılacaq və velosiped zolağı təşkil ediləcək.