Kaxa Kaladze - Bütün inşaat obyektlərini detallı şəkildə yoxlayırıq və hər addımda keyfiyyətsiz işlə rast gəlirik
Kaxa Kaladze - Bütün inşaat obyektlərini detallı şəkildə yoxlayırıq və hər addımda keyfiyyətsiz işlə rast gəlirik

“Tbilisidə tikinən bütün inşaat obyektlərini və komplekslərini detallı şəkildə yoxlayırıq və hər addımda keyfiyyətsiz işlə rast gəlirik, – bu bəyanatı paytaxtın meri Kaxa Kaladze bugün keçirdiyi brifinqdə verdi.

Kaxa Kaladze qeyd etdi ki, “Metro Varketilidə” tavan konstruksiyasının düşməsi nəticəsində 14 nəfər zərər gördü və hazırda klinikalarda müalicədən keçir.

Zərər görənlərin müalicə xərclərini Səhiyyə Nazirliyi və Tbilisi Meriyası ödəyəcək.

Kaladzenin dediyinə görə, “Metro Varketilidə” baş verən hadisə ilə bağlı müvafiq xidmətlər istintaq aparırlar.

“Əlimdən gələni edəcəm ki, tez zamanda baş verən hadisənin səbəbləri müəyyən edilsin və bu qəzaya səbəb olan hərkəs müvafiq cəzasını alsın” – dedi Kaladze