Kaxa Kaladze - Bu səfər kimsəyə barış matçı təklif etmirəm, bu səfər narkorealizatorlara qarşı birgə mübarizə aparmağı təklif edirəm (Video)
Bu səfər kimsəyə barış matçı təklif etmirəm, bu səfər qardaşlarıma, bacılarıma, dostlarıma, narkorealizatorlara qarşı bərabər mübarizə aparmağı təklif edirəm.
Bu barədə bəyanatı paytaxtın meri Kaxa Kaladze parlamentin qabağında keçirilən aksiya ilə bağlı verdi.
Tbilisi merinin bəyanatına görə, dünənki xüsusi əməliyyatı gecə iqtisadiyyatı və klub musiqisinə zərbə olduğunu iddia edən spekulyasiyala edilir.
“Mən bu spekulyasiya ilə razı deyiləm. Tam məsuliyyətlə bəyan edirəm ki, klub və gecə həyatı maneəsiz şəkildə davam edəcək.
Bilirəm ki, bir çox insan mənə hörmət edir və buna böyük dəyər verirəm. Hərkəsə, narkorealizasiya ilə bərabər mübarizə aparmağ təklif edirəm.
Kimsə klub həyatına zərbə vurmur, sadəcə olaraq, gənclərimizin narkotiklərdən ölməsinə izin verə bilmərik və narkorealizatorlara mübarizə aparmalıyıq” – dedi Kaladze.
Kaladzenin dediyinə görə, iqtidar dəstəsi bu məsələ ilə bağlı müzakirə aparır və danışıqlar üçün hazırdırlar.