Kaxa Kaladze - Bu mərhədə Lisi arealındaki inşaat prosesinin dayandırılması daha məqbuldur
Tbilisi Meriyası Lisi gölü arealındaki inşaat prosesinin müvəqqəti olaraq, dayandırılmasını planlaşdırır.
Bu barədə bəyanatı paytaxtın meri Kaxa Kaladze Tbilisi munisipalitetinin hökümət iclasında verdi.
Onun dediyinə görə, qeyd olunan ərazinin potensialının tədqiqatı başlayıb və həmin tədqiqatın nəticəsi əsasında, Urban İnkişaf Xidməti çərçivə planını hazırlayacaq.
“Qeyd olunan ərazidə aparılan inşaat prosesi göstərir ki, ora rekreasiya zonası olaraq, Tbilisi əhalisi üçün çox cazibdir və bundan irəli gələrək, hesab edirik ki, orada xaotik inşaat prosesləri dayandırılmalıdır. Əgər həmin əraziyə investisiya qoymaq istəyənlər varsa, onlar müvafiq çərçivə planına riayət etməli olacaqlar” – dedi Kaladze.
Kaladzenin dediyinə görə, Diğomidə, Vere dərəsində və şəhərin bir neçə yerində inşaat prosesi dayandırıldı.
“Şəhərin konkret yerlərində inşaat prosesinin aparılmasının doğru olacağından şübhəmiz var və onlarla bağlı qərarlar yenidən baxılacaq” – dedi Kaladze.
Paytaxt merinin bəyanatına görə, meriyanın əsas çağırışlarından biri, şəhərin ekoloji durumunu və gözəlliyini korlaşdıran xaotik inşaatların dayandırılmasıdır.