Kaxa Kaladze - Apakidze küçəsindəki binanın inşaatı qanuni şəkildə aparılır
Tbilisinin meri Kaxa Kaladzenin bəyanatına görə, Apakidze küçəsindəki inşaat məsələsi öyrənildi və məlum oldu ki, əhalinin etirazına səbəb olan bina qanuna müvafiq şəkildə tikilir.
Bu bəyanatı Kaxa Kaladze Apakidze küçəsinin əhalisinin etirazına cavab olaraq, verdi.
“Həmin konkret ərazidə əvvəldən də bina var idi, onun demontaj edilməsindən sonra isə, yenisi tikilir” – dedi Kaxa Kaladze.
Yerli əhali isə, bəyan edir ki, bir il bundan öncə başlayan inşaat Tbilisinin sabiq meri Davit Narmania tərəfindən dayandırılmışdı və Kaladze binanın inşaatına icazə verdi.
Apakidze küçəsinin əhalisinin dediyinə görə, burada yeni binanın tikilməsi, küçədə onsuz da ağır olan vəziyyəti daha da ağırlaşdırır, çünki, yeni korpus, onların yaşadığı binadan sadəcə 4-5 metrlik məsafədə tikir.
Bununla yanaşı, əhali bəyan edir ki, yeni tikilən bina yolu da daraldır və gərəkdiyi halda oraya nə yük, nə də yanğın söndürən maşın daxil ola bilməz.
Əhalinin dediyinə görə, bir il bundan əvvəl, bu binanın inşaatı sabiq mer David Narmanianın tələbi ilə, dayandırılmışdı, ancaq bir neçə gün öncə, inşaat davam etməyə başladı.
Apakidze #11-nin sakinləri, həmin yerdə skverin tikilməsini tələb edirlər, binanın tikiləcəyi təqdirdə isə, məhkəməyə müraciət edəcəklərini bəyan edirlər.