Kaxa Kaladze - altı il bundan əvvəl gürcü xalqı azadlıq xeyrinə tarixi seçim etdi və insanın layətinin alçaldılmasına əsaslanmış cinayətkar rejiminə rədd cavabı verdi
Kaxa Kaladze - altı il bundan əvvəl gürcü xalqı azadlıq xeyrinə tarixi seçim etdi və insanın layətinin alçaldılmasına əsaslanmış cinayətkar rejiminə rədd cavabı verdi

Düz altı il bundan əvvəl, 2012-ci ilin oktyabrın birində gürcü xalqı azadlıq xeyrinə tarixi seçim etdi və insanın layətinin alçaldılmasına əsaslanmış cinayətkar rejiminə rədd cavabı verdi, –  bu barədə Kaxa Kaladze hakim komandanın toplantısından sonra, “Gürcü Arzusunun” ofisində bəyan etdi.

Kaladzenin qeyd etdiyin görə, 2012-ci ilə qədər gürcü dövləti addım-addım şərq tipli diktaturluğa çevirilirdi və qərb dəyərləri ilə heç bir əlaqəsi yox idi.

“Hamı üçün məlum olduğu kimi, bu rejimin an ağır cinayətləri idi: zoraklıq; korrupsiya; media azadlığının total məhdudlaşdırılması; Rusiyaya bizim iki tarixi bölgəmizin təhvil verilməsi”, – Kaxa Kaladze bəyan etdi.

Elə onun dediyinə görə, “Milli Hərəkatın” gürcü xalqına qarşı edilən ən ağır cinayətlər yaddaşdan silinmir.

“Bu cinayətlərə görə, “Milli Hərəkat” “Gürcü Arzusunun” səyləri, gürcü seçicilərindən necə 2012-ci ildə, eləcə də növbət illərin seçkilərində öz cavabını aldı”, – Kaladze qeyd etdi.

Onun dediyinə görə, ölkənin təhlükəsizliyi və sabitliyinin keyfiyyəti yaxşılaşdırıldı, Avropa İttifaqı, NATO və ABŞ ilə strateji əməkdaşlıq dərinləşdirildi.

“Gürcü Arzusu-Demokratik Gürcüstan” siyasi birləşməsinin mərkəzi ofisində hakim komandanın görüşü keçirildi. Görüşdə Parlamentin sədri İrakli Kobaxidze, baş nazir Mamuka Baxtadze, partiyanın sədri Bidzina İvanişvili və prezidentliyə müstəqil namizəd Salome Zurabişvili iştirak edirdi.