2024-cü ilin seçkiləri azad və demokratik olacaq-bu haqda paytaxtın meri Kaxa Kaladze mediaya açıqlayıb.
O, bu istiqamətdə ölkədə yalnız və yalnız irəliləyişin qeydə alındığını bildirib.
“2012-ci ildən bu yana ölkədə seçkilərin qeyri-demokratik keçirilməsi ilə bağlı bir misal çəkə bilməzsiniz. Hər zaman irəliləyiş, irəliyə doğru atılan addımlar var və indi də bütün siyasi partiyaların öz seçki kampaniyasını aparmaq imkanı əldə edəcəyi 2024-cü ilin parlament seçkiləri azad və demokratik olacaq”- deyə Kaxa Kaladze açıqlayıb.