Cuanşer Burchuladze təbii fəlakətin episentrində aparılan işlərlə tanış olub
Cuanşer Burchuladze təbii fəlakətin episentrində aparılan işlərlə tanış olub

Müdafiə naziri Cuanşer Burchuladze Müdafiə Qüvvələrinin komandanı general-mayor Qiorqi Matiaşvili və Müdafiə Qüvvələrinin digər rəhbər şəxsləri ilə birlikdə gecə saatlarına qədər fəlakət zonasında olub.

Müdafiə Nazirliyinin məlumatına görə, Müdafiə Nazirliyinin rəhbərliyi təbii fəlakətin episentrində aparılan işlər ilə tanış olub.

Onların məlumatlarına görə, xüsusi plan hazırlanıb və ona əsasən döyüş-mühəndis batalyonunun əsgərləri fəlakət bölgəsində bir neçə körpü təşkil edəcəklər.

Müdafiə naziri ilə birlikdə təbii fəlakətin episentrində regional inkişaf və infrastruktur naziri İrakli Karseladze və Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial təminat naziri Zurab Azaraşvili də olub.