Cuanşer Burchuladze - NATO -nun ali hərbi qurumunun Gürcüstana səfəri ittifaqın ölkəmizin ərazi bütövlüyünü və Avroatlantik istəklərini dəstəklədiyini təsdiqləyir
NATO-Gürcüstan əməkdaşlığı misli görünməmiş, sarsılmaz dinamikası ilə seçilir və bunu alyans tərəfindən Gürcüstanın ittifaq üzvlüyünə hazırlıq prosesində qəti siyasi və praktiki dəstəyi sübut edir- Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze NATO Hərbi Komitəsinin sədri, admiral Rob Bauer ilə görüşdən sonra bildirib.
Müdafiə naziri qeyd edib ki, ittifaqın ali hərbi qurumunun Gürcüstana səfəri NATO-nun ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və Avroatlantik istəklərinə sarsılmaz dəstəyini təsdiq edir.
Onun sözlərinə görə, ikitərəfli görüşdə müdafiə sahəsində aparılan islahatları və NATO ilə hərbi əməkdaşlığın prioritetlərini, NATO ilə Gürcüstan arasında dərin və hərtərəfli əməkdaşlığı, xüsusən də yenilənmiş NATO-Gürcüstan Əsas Paketinin (SNGP) yerinə yetirilməsi yolunda əldə olunan inkişafı, eləcə də Qara dənizin təhlükəsizlik problemlərini müzakirə ediblər.
Cuanşer Burchuladze, həmçinin Gürcüstanın Əfqanıstanda NATO tərəfindən həyata keçirilən missiyalara verdiyi töhfəyə diqqət çəkib.
“Gürcüstan, ittifaqın möhkəm və etibarlı tərəfdaşı və gələcək üzvü olaraq iyirmi ildən çoxdur ki, NATO hərbçiləri ilə çiyin-çiyinə mübarizə aparırdı və NATO-nun Əfqanıstanda həyata keçiridiyi missiyalara ən böyük töhfə verən dövlətlərdən biri idi. “Qətiyyətli Dəstək Missiyası” başa çatdıqdan sonra da, NATO standartlarına uyğun imkanları və dəstəyi ilə Gürcüstan ittifaq qüvvələrinə tranzit və təxliyyə prosesində əhəmiyyətli kömək göstərdi, bu isə səylərimizin müvəffəqiyyətindən və beynəlxalq tərəfdaşlarımızın dəstəyi ilə əldə etdiyimiz inkişafdan xəbər verir “-deyə nazir bildirib.
Gürcüstan dördüncü dəfədir ki, NATO Hərbi Komitəsinə ev sahibliyi edir. Səfər çərçivəsində NATO Hərbi Komitəsi və Gürcüstanın plenar iclası keçiriləcək. NATO Hərbi Komitəsi sədrinin Gürcüstanın baş naziri və Gürcüstanın Müdafiə Nazirliyinin rəhbər şəxsləri ilə yüksək səviyyəli ikitərəfli görüşləri keçirilib. NATO Hərbi Komitəsinin nümayəndələri Müdafiə Qüvvələrinin infrastrukturu və imkanları ilə də tanış olublar.