Cuanşer Burchuladze - Müdafiə Qüvvələrində NATO standartlarının silahlanmasına keçid prosesi artıq başlayıb
NATO standartlarının silahlanmasına keçid prosesi Gürcüstan Müdafiə Qüvvələrinin 10 illik inkişaf planında göstərilən mühüm istiqamətlərdən biridir. Bununla əlaqədar olaraq, bu gün Birgə Hərbi Mərkəzdə müdafiə naziri diqqətini Müdafiə Qüvvələrinin 2020-2030-cu illər üçün fəaliyyət planının təqdimatına yönəltdi.
Cuanşer Burchuladzenin də qeyd etdiyi kimi, Müdafiə Qüvvələrində NATO standartlarının silahlanmasına keçid prosesi artıq başlamışdır və buna nümunə olaraq hərbi hissələrin NATO standartlı tüfənglərlə təchiz edilməsidir.
Nazir NATO standartlarına keçid prosesində planlaşdırılan layihələr barədə də ictimaiyyəti məlumatlandırdı.
“Bu tüfəngləri yəhudi şirkəti ilə birlikdə Delta bazasında istehsal etməyə başlayacağıq. Ordumuzun müassir NATO standartlarındakı pulemyot və qumbaraatan ilə təchiz edilməsi prosesi davam edir” -deyə Cuanşer Burchuladze bildirib.