Cuanşer Burchuladze - baş nazir tərəfindən başladılan yeniləmə siyasətini davam etdiririk
Baş nazir tərəfindən başladılan yeniləmə siyasətini davam etdiririk-bu barədə müdafiə naziri Cuanşer Burchuladze çoxmillətli “Agile Spirit 2021” təliminin rəsmi qapanış mərasimindəki çıxışında bildirib.
Müdafiə nazirinin də qeyd etdiyi kimi, yeniləmə siyasətinin davam etdirilməsi, Müdafiə Nazirliyinin qonaqları artıq müassir standartlarla təchiz edilmiş, yenilənmiş infrastruktur , layiqli yaşayış və təlim şəraiti ilə təchiz olunmuş təkmilləşdirilmiş bazalarda qəbul etməsinə imkan yaradır.
“Baş nazirin başladığı yeniləmə siyasətini davam etdiririk və qonaqlarımızı artıq müassir standartlarla, yenilənmiş infrastrukturla və layiqli yaşayış və təlim şəraiti ilə təchiz olunmuş təmirli bazalarda qəbul edirik. Biz, Gürcüstanın Avroatlantik inteqrasiyası yolunda tərəfdaşlarımızla birlikdə çoxmillətli təlimlərə ev sahibliyi etməyə mövcud səylərlə davam edəcəyik. Bu, müdafiə qüvvələrimizi gücləndirmək və qarşıya qoyulan tapşırıqları yerinə yetirmək üçün mühüm əsas olacaq”, – müdafiə naziri bildirib.