Cozef Borrell - Avropa cəmiyyəti özünə yorulmaq hüququ verməməlidir, çünki Putinin demokratik yorğunluğa ümidi var
Cozef Borrell - Avropa cəmiyyəti özünə yorulmaq hüququ verməməlidir, çünki Putinin demokratik yorğunluğa ümidi var

 
Avropa cəmiyyəti özünə yorulmaq hüququ verməməlidir, çünki Putinin demokratik yorğunluğa ümidi var-bu barədə Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Aİ-nin ali nümayəndəsi Cozef Borrell Aİ ministerialı başa çatdıqdan sonra keçirilən mətbuat konfransında bildirib.

Borellin sözlərinə görə, Aİ ölkələri Rusiya iqtisadiyyatına qarşı sanksiyalar tətbiq ediblər və bu qərara əməl etməlidirlər.

“Mən əminəm ki, Putinin demokratik yorğunluğa ümidi var. O hesab edir ki, demokratiyalar zəifdir və sonra bir hekayə başqa hekayələrlə örtülür. Xeyr, Avropa cəmiyyəti özünə yorulmaq hüququ verə bilməz. Avropa cəmiyyəti və Aİ-yə üzv dövlətlərin hökumətləri qəbul etdikləri qərarları dəstəkləməyə davam etməlidirlər. Onlar Rusiya iqtisadiyyatına qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı qərarlar qəbul ediblər və icra etməlidirlər. Onlar Rusiya iqtisadiyyatına təzyiq göstərməyə davam etməli və eyni zamanda başa düşməlidirlər ki, heç bir möcüzəvi nizamlanma olmayacaq, lakin biz bunu Ukraynanı hərbi cəhətdən dəstəklədiyimiz səviyyədə etməliyik”- deyə Cozef Borrel bildirib.

Borell bir daha qeyd edib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar işləyir və Rusiya iqtisadiyyatına ciddi ziyan vurur.