Cozef Borrell Aİ-nin xarici işlər nazirlərinin Ermənistanda mülki missiyanın artırılmasına razılaşdığını və Ermənistan üçün “vizanın liberallaşdırılması variantını” müzakirə etdiklərini açıqlayıb
Cozef Borrell Aİ-nin xarici işlər nazirlərinin Ermənistanda mülki missiyanın artırılmasına razılaşdığını və Ermənistan üçün “vizanın liberallaşdırılması variantını” müzakirə etdiklərini açıqlayıb

 
Avropa İttifaqı Ermənistanda missiyasını artırmağa və viza rejimini təkmilləşdirməyə hazırdır-bu barədə Aİ-nin ali nümayəndəsi Cozef Borrell açıqlayıb.

Borrell bildirib ki, bu gün keçirilən görüşdə Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri Ermənistanda “Azərbaycanla sərhədin çətin hissələrində” daha çox patrul xidməti həyata keçirmək imkanı yaradacaq mülki missiyanın artırılması təklifini dəstəkləyiblər .

Bununla yanaşı, Borrellin sözlərinə əsasən, Aİ-nin xarici işlər nazirləri Avropa Sülh Fondu çərçivəsində Ermənistana mümkün dəstəyi və Ermənistan vətəndaşları üçün “vizanın liberallaşdırılması variantını” müzakirə ediblər.

“Biz Ermənistanda sabitliyi pozmaq cəhdlərinə qarşı xüsusilə diqqətli olmalıyıq – daxildən və ya xaricdən. Mənim Azərbaycana mesajım aydın idi: Ermənistanın ərazi bütövlüyünə xələl gətirmək üçün istənilən cəhd qəbuledilməz olacaq və münasibətlərimizin keyfiyyəti üçün ciddi nəticələrə səbəb olacaq” – Borrell bildirib.

O, Avropa İttifaqının Yerevan və Bakını sülh sazişi üzrə danışıqları mümkün qədər tez bərpa etməyə çağırdığını bildirib.

Bundan əlavə, Borrell Ermənistan Xarici İşlər Nazirliyinin rəhbərinin Avropa İttifaqının müvafiq Şurasının növbəti iclasında iştirak edəcəyinin istisna edilmədiyini açıqlayıb.