Cozef Borel - Gürcüstanda yeni parlament seçkilərinin keçirilib-keçirilməyəcəyinə mən qərar verə bilmərəm
Cozef Borel - Gürcüstanda yeni parlament seçkilərinin keçirilib-keçirilməyəcəyinə mən qərar verə bilmərəm

Gürcüstanda yeni parlament seçkilərinin keçirilib-keçirilməyəcəyinə mən qərar verə bilmərəm, – bu barədə bəyanatı Avrokomisiyanın vitse prezidenti, Xarici İşlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel baş nazir İrakli Ğaribaşvili ilə keçirdiyi brifinqdə verdi.

Gürcü jurnalistlərinin yeni seçkilərin keçiriləcəyi zərurəti ilə bağlı verdikləri suallara Cozef Borel cavab verdi ki, o noyabrda keçirilən seçkiləri ədalətli və azad hesab edir.

“Mən sadəcə onu deyə bilərəm ki, ATƏT hesab edir ki, Gürcüstanda noyabr ayında keçirilən seçkilər kifayət qədər ədalətli və azad idi”, – dedi Cofez Borel.