Conatan Stounmen - Gürcüstanın İctimai yayımçısının ictimaiyyətin kanalı olması baxımından həyata keçirdiyi tədbirlər təəssürat vericidir
Gürcüstanın İctimai Yayımçısının ictimaiyyətin kanalı olması baxımından həyata keçirdiyi tədbirlər təəsürat vericidir. O dövlətin təzyiqindən çıxıb, ictimaiyyətin kanalı olmağı bacardı – bu barədə məlumatı BBC-nin treneri Conatan Stounmen Gürcüstanın Birinci Kanalının jurnalistlərinə keçirdiyi treninqin sonunda verdi.
“Mənim üçün bu ekstra-ordinar bir təcrübə oldu. Daha öncə onlain-seminar keçirməmişdim. Hazırladığımız redaksiya siyasəti sənədinə gəlincə isə, düşünürəm ki, oradaki prinsiplərin böyük hissəsini Birinci Kanal onsuzda qoruyurdu. Sadəcə olaraq, əgər kimsə hansısa reportajı bəyənmirsə, qeyd olunanan sənədi göstərib, hansı qaydanın pozulduğunu soruşmalıyıq. Burda müəyyən qaydalar var və tamaşaçılar da onları bilməlidirlər” – dedi Conatan Stounmen.
Gürcüstanın Birinci Kanalına, BBC-nin treneri Conatan Stounmen tərəfindən keçirilən iki həftəlik onlain-treninq bugün başa çatdı. Treninq çərçivəsində, iştirakçılar seçkilərin işıqlandırılması ilə bağlı müzakirələr apardılar.
Həmçinin redaksiya siyasətinin sənədi işlənildi, hansı ki, seçkilərin doğru formada necə işıqlandırılması məsələlərini əhatə edir.
“Conatan Stounmenlə bərabər keçdiyimiz bir illik proses başa çatır. Razılaşdıq ki, pandemiya başa çatdıqdan sonra, Conatan Stounmen Gürcüstana gələcək və jurnalistlərimizlə bərabər praktikada işləyəcək. Treninqin sonunda Conatan Stounmenlə bərabər Birinci Kanalın redaksiya bələdçisini hazırladıq və seçkilərin necə işıqlandırılması gərəkdiyini müzakirə etdik” – dedi Gürcüstanın Birinci Kanalının baş direktor vəzifəsinin icraçısı Tinatin Berdzenişvili.
20 ilidir BBC-nin yeni və cari xəbərlər xidmətinin jurnalisti, prodyuseri və redaktoru olan Conatan Stounmen Gürcüstanın Birinci Kanalının jurnalistləri ilə öz təcrübəsini paylaşdı.
Conatan Stounmen hazırda BBC World Service-in treninq-mərkəzinin rəhbəri oldu və Stonepeople Media şirkətini idarə edir.