Con Kirbi - "HƏMAS" uşaqları və onların ailələrini təhlükə altında qoyur
Con Kirbi - "HƏMAS" uşaqları və onların ailələrini təhlükə altında qoyur

Ağ Ev Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşin Qəzzanın uşaq qəbiristanlığı kimi olduğunu qeyd etdiyi bəyanatına münasibət bildirir.

“HƏMAS” bu uşaqları və onların ailələrini təhlükə altında qoyur”- deyə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Kirbinin sözlərinə görə, “HƏMAS” xəstəxanaların altında tunellər tikir və uşaqlardan girov kimi istifadə edir.

“Biz bilirik ki, 240 girovdan başqa onların uşaq olan digər girovları da var. Biz bu uşaqları azad etməyə çalışırıq”- deyə o bildirib.

Kirbi həmçinin bildirib ki, ABŞ israilli həmkarlarından daha çox mülki faciədən qaçınmaq üçün “HƏMAS” hədəflərini vurarkən mümkün qədər ehtiyatlı olmalarını istəyib.