Çoxatauri Munisipalitetinin kəndlərində leysan yağışları nəticəsində daxili yollar zərər görüb, yaşayış evlərini su basıb
Çoxatauri Munisipalitetinin kəndlərində leysan yağışları nəticəsində daxili yollar zərər görüb, yaşayış evlərini su basıb

Bol yağan yağış Çoxatauri Munisipalitetində problemlər yaradıb.  Bütün müvafiq xidmətlər səfərbər olunub.

Munisipalitetin Xevi, Erketi, Didivan, Quturi və Xidistavi kəndlərində daxili yollar zərər görüb, yaşayış evləri su altında qalıb, sürüşməyə meyilli zonalar yaranıb. Bir neçə ailənin ətraf aləmlə əlaqəsi kəsilib.

Texnika səfərbər olunub, yolların təmizlənməsi işləri aparılır.

Hökumət nümayəndələri təbii fəlakətin tədqiqi komissiyası ilə birlikdə kəndlərdə olub, oradakı vəziyyətlə tanış olublar. Dəymiş ziyanın dəqiq məbləği hələlik məlum deyil. Bunu xüsusi komissiya müəyyən edəcək.