Çoxatauri-Baxmaro və Ozurqeti-Şemokmedi-Bjujhesi-Qomismta yollarının ayrı-ayrı hissələrində hərəkət məhdudiyyəti qoyulub
Çoxatauri-Baxmaro və Ozurqeti-Şemokmedi-Bjujhesi-Qomismta yollarının ayrı-ayrı hissələrində hərəkət məhdudiyyəti qoyulub

Güclü qar yağması ilə əlaqədar daxili dövlət əhəmiyyətli Çoxatauri-Baxmaro avtomobil yolunun 34 km-53 km (Çxakaura-Baxmaro) hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi yayır.

Onların məlumatına görə, avtomobil yolunun  1 km-33 km (Çoxatauri-Çxakaura) hissəsində avtonəqliyyatın hərəkəti sərbəstdir.

“Həmçinin, güclü qar yağması ilə əlaqədar daxili dövlət əhəmiyyətli Ozurqeti-Şemokmedi-Bjujhesi-Qomismta avtomobil yolunun 13 km-33 km hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Avtomobil yolunun 1 km-12 km hissəsində avtonəqliyyatın hərəkəti sərbəstdir” – deyə Avtomobil Yolları İdarəsindən bildirilib.