Co Bayden - Məhkəmə prosesinə hörmət etməyə davam edəcəyəm, Hanter apellyasiya şikayəti verməyi nəzərdən keçirir
Co Bayden - Məhkəmə prosesinə hörmət etməyə davam edəcəyəm, Hanter apellyasiya şikayəti verməyi nəzərdən keçirir

 
ABŞ Prezidenti Co Bayden oğlu Hanter Baydenin işi üzrə andlılar məhkəməsinin qərarından sonra bəyanat yayır.

Co Baydenin dediyi kimi, məhkəmə prosesinə hörmət etməyə davam edəcək.

“Keçən həftə bəyan etdiyim kimi, mən prezidentəm, lakin həm də atayam. Cil və mən oğlumuzu sevirik və onun bugünkü kimi olması ilə fəxr edirik. Onlara əziz olan insanların asılılıq ilə (aludəçiliklə) mübarizə apardığı bir çox ailə, sevdiyin insanın digər tərəfə keçdiyini və sağalmada bu qədər güclü və möhkəm olduğunu görəndə keçirilən qürur hissini başa düşür. Məhkəmə prosesinə hörmət etməyə davam edəcəyəm, çünki Hanter apellyasiya şikayəti verməyi nəzərdən keçirir”- deyə Co Baydenin bəyanatında qeyd olunub.

Andlılar məhkəməsi ABŞ Prezidentinin oğlu Hanter Baydeni hər üç ittiham üzrə təqsirli bilib.

İttihama əsasən, Hanter Bayden 2018-ci ildə “Colt” tipli revolver satın alarkən artıq narkotik vasitədən istifadə etmədiyi ilə bağlı rəsmi sənədlərdə yalan danışıb. Daha bir ittiham prezidentin oğlunun silah saxlayarkən narkotikdən istifadə etməsi ilə bağlıdır. ABŞ federal qanununa əsasən, narkotik istifadəçisinin odlu silaha sahib olması cinayət sayılır.