Co Bayden İsrailə səfər edəcək
Co Bayden İsrailə səfər edəcək

ABŞ Prezidenti Co Bayden çərşənbə günü İsrailə səfər edəcək- bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

“İsrailə səfəri zamanı Bayden müharibənin məqsədləri və strategiyası haqqında geniş məlumat alacaq”-deyə Blinken qeyd edib.

Dövlət katibinin sözlərinə əsasən, Bayden İsraildən mülki itkiləri minimuma endirəcək və humanitar yardımın Qəzza sektorunda fələstinli mülki şəxslərə çatmasına imkan verəcək şəkildə əməliyyatların necə aparılacağını dinləyəcək.