Co Bayden - ABŞ Ukraynaya daha  800 milyon dollarlıq yardım elan edəcək
Co Bayden - ABŞ Ukraynaya daha 800 milyon dollarlıq yardım elan edəcək

 

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden ABŞ-ın Ukraynaya daha 800 milyon dollarlıq yardım elan edəcəyini bildirib.

Mən prezident vəzifəsini tutduqdan bəri biz Ukraynaya təhlükəsizlik yardımı olaraq təxminən 7 milyard dollar ayırmışıq. Yaxın günlərdə biz yeni, qabaqcıl hava hücumundan müdafiə sistemləri, daha çox artilleriya və təchizatı əhatə edən 800 milyon dollardan çox əlavə yardım göstərməyi planlaşdırırıq – deyə Co Bayden bildirib.

Bununla yanaşı, ABŞ prezidentinin sözlərinə görə, ABŞ NATO ərazisinin hər bir santımetrini qoruyacaq.

“Biz quru, hava, dəniz, kiber və kosmos kimi bütün sahələrdə imkanlara birlikdə daha çox resurs yatıracağıq. Biz 5-ci maddənin öhdəliyinin müqəddəs olduğunu və birinə hücumun hamıya hücum mənasına gəldiyini və NATO ərazisinin hər bir santımetrini qoruyacağımızı təsdiqləyirik. Öz növbəsində, ABŞ mənim dediyim kimi Putinin Ukraynaya müdaxiləsi halında edəcəklərini edir. Biz Avropada mövqelərimizi gücləndiririk, burada İspaniyaya daha çox gəmi yerləşdirəcəyik, İtaliya və Almaniyaya daha çox hava hücumundan müdafiə sistemi, Böyük Britaniyaya daha çox F-35, şərq cinahı gücləndirmək üçün Polşaya NATO baş qərargahını, Rumıniyaya əlavə briqada, bununla yanaşı qüvvələri Baltikyanı dövlətlərdə rotasiya şəklində yerləşdirəcəyik. Vəziyyət elə dəyişdi ki, biz bugünkü dünyaya uyğunlaşa bilək. Bütün bunlar NATO-nun Rusiyanın Ukraynaya təcavüzünə reaksiyası və Ukraynanın müdafiəsinə yardımı fonunda baş verir. ABŞ Ukraynanı dəstəkləmək üçün dünyanı birləşdirir. Bütün dünyadakı müttəfiqlər və tərəfdaşlar buna mühüm töhfə verirlər” -deyə Bayden bildirib.