"CNN" - Co Bayden Benyamin Netanyahu ilə telefon danışığı zamanı Qəzzadan çəkilməyə dair çağırış etməyib
"CNN" - Co Bayden Benyamin Netanyahu ilə telefon danışığı zamanı Qəzzadan çəkilməyə dair çağırış etməyib

ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı Qəzzadan çəkilməyə dair çağırış etməyib. Bu barədə “CNN” yüksək rütbəli amerikalı məmura istinadən xəbər verir.

Televiziya şirkətinin məlumatına görə, yüksək vəzifəli məmur iki lider arasındakı telefon danışığının təfərrüatlarını bilir.

“CNN”in məlumatına görə, bu, oktyabrın 7-də “HƏMAS”ın İsrailə hücumundan sonra iki ölkə lideri arasında üçüncü telefon danışığıdır.

Televiziya şirkətinin məlumatına görə, Co Bayden və Benyamin Netanyahu İsrailə dəstək məsələlərini müzakirə edib, tərəfdaşlar və müttəfiqlərlə İsraili terrordan müdafiə etməyə imkan verən səyləri əlaqələndiriblər.