City Park - Meriya tərəfindən verilən əsassız bəyanat Gürcüstan-İsrail arasındaki biznes münasibətlərini poza bilər
City Park şirkəti Tbilisi meriyası tərəfindən, şirkətlə müqavilənin dayandırılması haqqında verilən bəyanatın əsassız və qeyri-proferssiyonal adlandırır.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Levan Tabidzenin dediyinə görə, onlar üçün belə bir bəyanat gözlənilməz oldu və paytaxt merinin bəyanatını telezivordan dinlədilər.
“Təəssüf ki, City Park ilə müqavilənin dayandırılması haqqında, Tbilisi Meriyası tərəfindən verilın bəyanat siyasi balların toplanması üşün verildi və şirkətdə çalışan yerli əməkdaşları risk altında atdı.
Məhkəmə prosesi davam edən məsələ ilə bağlı belə bəyanat vermək beynəlxalq səviyyədə Gürcüstanın imicinə zərər verə bilər və həmçinin Gürcüstan-İsrail arasındaki biznes münasibətlərinə də ciddi zərər verə bilər” – dedi Tabidze.
Xatırladaq ki, Tbilisinin meri Kaxa Kaladzse City Park şirkəti ilə müqavilənin dayandırılması haqqında bəyanatı, bugün keçirdiyi brifinqdə verdi. Onun dediyinə görə, şirkət parkinq cərimələri il bağlı qaydaları pozur və vətəndaşlara problemər yaradır.