Çindən çıxan və artıq Gürcüstandan keçən yük qatarı Avropaya yaxınlaşır
Çindən çıxan və artıq Gürcüstandan keçən yük qatarı Avropaya yaxınlaşır

Çindən Avropaya doğru gedən ilk yük qatarı Bosfor Bağazı tunnelini artıq keçdi.

“Çayna Reylvey Ekspress” qatarı Çinin Şiani şəhərindən tərpəndi. Onun tərkibində 21 vaqondur və uzunluğu 820 metri təşkil edir. Qatar 42 konteyner daşıyır.

12 gün ərzində, yük qatarı 10 ölkəni keçməli və 11.5 kilometri dəf etməlidir. Son nöqtə Çexiyanın paytaxtı Praqadır.

Qeyd olunan layihə “Dəmir İpək Yolu” adı ilə tanınır. Bakı-Tbilisi-Qars dəmiryolu xətti qeyd olunan layihənin daxilindədir.