Çində ötən bir gün koronavirusun 12 yeni halı aşkar edildi
Çində ötən bir gün koronavirusun 12 yeni halı aşkar edildi

Çində ötən bir gün ərzində koronavirusun 12 yeni halı aşkar edildi. Məlumatı “Qardian” nəşri ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Elə onların məlumatına görə, yeni hallardan 10 halı xaricdən daxil ediləndir.

Pandemiyanın başlamasından bu günə qədər, ölkədə koronavirusun 86 646 halı qeydə alınıb, 4 634 insan vəfat edib.