"BBC"-nin məlumatına əsasən, koronavirusun yeni növünə görə Çin Britaniya ilə hava gediş-gəlişini dayandırır
Koronavirusun yeni növünə görə Çin Britaniya ilə hava gediş-gəlişini dayandırır, – bu barədə ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi bəyan etdi.
Məlumatı “BBC” yayır.
Çin Xarici İşlər Nazirliyində bəyan edirlər ki, koronavirusun yeni növü ilə bağlı məlumat toplayırlar və Britaniyada hadisələrin nə cür inkişaf etməsini izləyirlər.
Son aylar ərzində Çin və Britaniya arasında həftədə səkkiz reys yerinə yetirilirdi.
Xatırladaq ki, “COVID-19” virusunun ilk halı ötən ilin dekabrında Çində qeydə alındı və buradan bütün dünyaya yayıldı.