Ümumdünya Səhiyyə Təşkilatının ekspertlər qrupu bu gün Hubey vilayətinin Xəstəliklərə Nəzarət Mərkəzini gözdən keçirəcək
Ümumdünya Səhiyyə Təşkilatının ekspertlər qrupu bu gün Hubey vilayətinin Xəstəliklərə Nəzarət Mərkəzini gözdən keçirəcək

Ümumdünya Səhiyyə Təşkilatının ekspertlər qrupu bu gün Hubey vilayətinin Xəstəliklərə Nəzarət Mərkəzini gözdən keçirəcək. Bu barədə məlumatı “Reuters” agentliyi yayır.

Ekspertlər qrupu Çinin Uxan şəhərində koronavirusun ilk halının qeydə alındığı dəniz məhsulları bazarını gözdən keçirdilər.

Ümumdünya Səhiyyə Təşkilatının bəyanatına görə, ekspertlər qrupunun işi məhdudlaşdırlıb. Onların imkanı olmayacaq ki, yerlilər ilə söhbət etsinlər. Buna səbəb isə, pandemiyaya görə tədbiq olunan məhdudiyyətlər göstərilir.

Ümumdünya Səhiyyə Təşkilatının ekspertlər qrupunun əsas məqsədi koronavirusun yaranması və yayılması səbəblərini müəyyənləşdirməkdir.