Cinayətlər baxımından hərşey Daxili İşlər Nazirliyinin nəzarəti altındadır və hətta təsdiqləyirik ki, müəyyən növ cinayətlərin artması müşahidə olunur
Əsaslı söhbət yerinə parlament müxalifəti tərəfindən bugün siyasi bəyanatlar və suçlamalar dinlədik, ancaq bunu da qəbul edirik, – bu barədə bəyanatı Gürcüstanın Daxili İşlər Naziri Giorgi Qaxaria parlamentdə baş nazir Mamuka Baxtadzeyi dinlədikdən sonra jurnalistlərə verdi.
Qaxarianın dediyinə görə, Gürcüstan polisi və Daxili İşlər Nazirliyi küçələrdə və digər yerlərdə baş verən bütün cinayətlərə nəzarət edir.
“Ölkədə yaranan ajiotaja gəlincə isə, tam məsuliyyətimi üzərimə götürərək, deyirəm ki, ağır cinayətlər hissəsində, ölkədəki cinayət statistikası müsbətdir. Ancaq, eyni zamanda, oğurluq və hədələmək kimi cinayət növlərində az da olsa, müəyyən artım müşahidə olunur” – dedi Qaxaria jurnalistlərə.
Nazirin dediyinə görə, kriminal ilə mübarizə sadəcə Daxili İşlər Nazirliyinin öhdəliyi deyil. Vahid Ədliyyə sistemi prinsipal əhəmiyyət daşıyan bir institutdur və bu problemlər birgə şəkildə həll olunmalıdır.