Çiatura kanat yolları və David Qareci "Avropa Nostra"-nın təhlükə altında olan heykəllər siyahısına daxil oldular
“Çiatura kanat yolları və David Qareci kompleksi “Avropa Nostra”-nın təhlükə altında olan heykəllər siyahısına daxil oldular.
Bu barədə Gürcüstanın Mədəniyyət və İdman Naziri Mixeil Giorqadze mətbuat konfransında bəyan etdi.
Mətbuat konfransında deyildi ki, final siyahıya daxil edilməklə, dünya bu abidələrin mədəni əhəmiyyətini elan etdi ki, bu da Gürcüstanın industriya abidələri ilə bağlı presedentsiz bir fenomendir.
David Qareci 2017-ci ildən YUNESCO-nun dünya mədəni irslər siyahısına daxildir.
“Avropa Nostra” siyahısına daxil etdiyi abidələri yerindəcə gördükdən sonra, onları detallı ekspert məsləhətləri ilə təmin edəcək. Bu nominasiya həmçinin, abidələrə beynəlxalq fondların tapılması üçün unikal şans verir.