Check in Georgia çərçivəsində bu il 300-dən artıq tədbir keçiriləcək

2018-ci ilin Check in Georgia-sı çərçivəsində 300-dən artıq tədbir keçiriləcək.

Bu barədə bəyanatı Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze verdi.

Çoqovadzenin dediyinə görə, Black Sea Arena yaxın gələcəkdə Gürcüstana gəlib konsert verən ulduzların siyahısını yayacaq.

“Layihə üçün 20 milyon lari ayrılıb. Buradan 6 milyon lari subsidiya olaraq, müxtəlif festivalların və layihələrin keçirilməsi üçün xərclənəcək. Təqribən 13,2 milyon lari isə, Black Sea Arenaya veriləcək. Gürcüstana konsert verməyə gələn ulduzların sihayısını Black Sea Arena yaxın günlərdə təqdim edəcək” – dedi Çoqovadze.

Milli Turizm Administrasiyasının rəhbərinin dediyinə görə, bu il Gürcüstana 8 milyondan artıq turistin gəlməsi gözlənilir.