Ceyms Apaturay - NATO Gürcüstana dəstəyini və Gürcüstan islahatlarını davam etdirir
NATO-nun üzv ölkələri Gürcüstan tərəfindən nail olunan tərəqqini alqışlayırlar, – Birinci Kanala Ceyms Apaturay bəyan etdi.
Apaturayın qeyd etdiyinə görə, keçən həftə NATO-da keçirilən görüşlət təsdiq etdi ki, Gürcüstan ilə bağlı təşkilatda qəbul olunmuş qərarlar, o cümlədən Buxarest qərarı qüvvədədir.
“NATO qərarlarına sadiq qalır və Gürcüstana dəstəyini davam etdirir. NATO-nun üzv ölkələri Gürcüstan tərəfindən nail olunan tərəqqini alqışlayırlar və bəyan edirlər ki, NATO tərəfindən dəstəklənən islahatlar Gürcüstana yardım edir ki, NATO standartlarına yaxınlaşsın. NATO Gürcüstana dəstəyini və Gürcüstan islahatlarını davam etdirir. Gələn il biz birgə təlimlər keçirəcəyik”, – Ceyms Apaturay bəyan etdi.