Çexiyada prezident seçkiləri keçirilir
Çexiyada prezident seçkiləri keçirilir

Çexiyada prezident seçkilərinin ikinci turu keçirilir. Seçkilərin ilkin nəticələri axşam məlum olacaq. İlkin məlumata görə, seçicilərin 62 faizlik aktivliyi gözlənilir. 9 namizədin iştirak etdiyi birinci turda, 61 fazlik aktivlik qeydə alındı.

Çexiya xalqı seçimi iki namizəd arasında etməli olacaq. Bunlar hazırkı prezident Miloş Zeman və Elmlər Akademiyasının direktoru, İrji Draqoşdur. Draqoş Avropa İttifaqının tərfdaş siyasətçisidir, prezident Zeman isə avroskeptizm və antimiqrasiya idelogiyası ilə seçilir. O, gələcəkdə Rusiya və Çinlə əlaqələrin dərinləşdirilməsini istəyir.

Miloş Zemanı Çexiyanın üçüncü prezidenti olaraq 2013-cü ildə seçdilər.