Çexiya səfiri Petr Mikiska - "Tbilisi Pride"dən şok fotolar, mənim təvazökar fikrimcə, bu, Avropa İttifaqına konkret yol deyil
Çexiya səfiri Petr Mikiska - "Tbilisi Pride"dən şok fotolar, mənim təvazökar fikrimcə, bu, Avropa İttifaqına konkret yol deyil

Çexiyanın Gürcüstandakı səfiri Petr Mikiska sosial şəbəkədə Tbilisidə keçirilən “Pride” festivalı ilə bağlı baş verənlərə münasibət bildirib.

Petr Mikiska fotoları da dərc edir və qeyd edir ki, bu, Avropa İttifaqına gedən konkret yol deyil.

“Tbilisi Pride”dan şok fotolar. Konstitusiya hüquqları, sərbəst toplaşmaq azadlığı pozulub, polis vətəndaşları müdafiə edə bilmir. Bu, Avropa İttifaqına gedən konkret yoldurmu? Mənim təvazökar fikrimcə, həqiqətən də xeyr”, – səfir yazıb.