Çexiya Parlamentinin Aşağı Palatası baş nazirin deputat immunitetinin ləğvini dəstəklədi
Çexiya Parlamentinin Aşağı Palatası baş nazirin deputat immunitetinin ləğvini dəstəklədi

Çexiya Parlamentinin Aşağı Palatası baş nazir, Andrey Babiş üçün deputat immunitetinin ləğvini dəstəklədi. Müvafıq qərarı iclasda iştirak edən 180 deputatdan 111-i dəstəklədi.

Özünün immunitetinin ləğv olunmasını şəxsən Babişin özü də dəstəklədi. Qarşı çıxan isə 69 deputat idi.

İmmunitetin ləğv olunması, faktiki olaraq ona qarşı cinayət işinin başlanılması deməkdər. Andrey Babiş  maliyyə maxinasiyalarında şübhəli bilinir.

Cari həftə Çexiya Parlamentinin Aşağı Palatası hökumətə etimad bəyan etmədi.

Andrey Babiş, Çexiyada ən zəngin insanların siyahısında ikinci yeri tutur.

“Forbs” jurnalı onun əmlakını 4 milyard dollarla qiymətləndirdi.