Çexiya Xarici İşlər Nazirliyi Arçil Tutunaşvilinin vəfat etməsinə “Twitter”-də əks səda verir.
“Xarici İşlər Nazirliyi Gürcüstanda, Cənubi Osetiyada son zamanlar baş verən hadisələrlə, xüsusilə Gürcüstan vətəndaşı, Arçil Tutunaşvilinin vəfat etməsinə görə narahatlığını bildirir. Biz Cənubi Osetiyanın işğal olunmuş bölgəsində insan hüquqlarının pozulmasını qınayırıq və bölgəyə beynəlxalq hüquqmüdafiəçi institutlarının tam buraxılmasını tələb edirik”, – Çexiya Xarici İşlər Nazirliyinln bəyanatında deyilir.
İşğalçılar tərəfindən fevralın 22-də yaxalanan Arçil Tatunaşvili fevralın 23-də Sxinvali xəstəxanasında vəfat etdi.
İşğal olunmuş Sxinvali nümayəndələri Arçil Tatunaşvilinin cəsədinin uğranmasına rədd cavabı verdi. Onların dediklərinə görə, cəsəd Rusyada ekspertiza edildikdən sonra veriləcək.
Arçil Tatunaşvilinin ailə üzvləri və yaxınları Msxeta yaxınlığında etiraz aksiyasını keçirdilər və qərbi Gürcüstanın mərkəzi maqistralını hər iki tərəfdən bağladılar.
Sonralar vəfat edənin atası Daxili İşlər naziri ilə görüşdü və bundan sonra aksiya iştirakçılarını dağılmağa çağırdı.
2018-ci il, fevralın 28-də Rusiya işğal rejimi Axalqoridə 3 Gürcüstan vətəndaşını – Arçil Tatunaşvili, Levan Kutaşvili və Yoseb Tatunaşvilini qeyri-qanuni yaxaladı. Fevralın 23-də məlum oldu ki, yaxalanmış Arçil Tutunaşvili müəyyən olunmayan durumda Sxinvali xəstəxanasında vəfat etdi. Levan Kutaşvili və Yoseb Tatunaşvilini üzdəniraq Sxinvali xəstəxanasəndan azad etdilər, lakin onlar yenə işğal olunmuş ərazidə qalmaqdadırlar. Hələ yenə də vəfat edənin cəsədi ailəsinə verilməyib.