Çexiyada son 24 saat ərzində koronavirusun 305 halı aşkar edildi
Çexiyada son 24 saat ərzində koronavirusun 305 halı aşkar edildi

Çexiyada son 24 saat ərzində koronavirusun rekord göstəricisi, 305 yeni halı aşkar edildi. Bu, 3 apreldən sonra qeydə alınan ən yüksək göstəricidir. Məlumatı “Al Cazira” Çexiyanın Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkənin baş nazirinin bəyan etdiyinə görə, yeni halların əksəriyyəti ölkənin şərq bölgəsində qeydə alınır.

Çexiyada viriusun yayılmasından bu günə qədər koronavirusun 11 603 halı qeydə alınıb, 348 insan vəfat edib.