Şarl Mişel - Rusiyanın erməni xalqına xəyanət etdiyi hamıya aydındır
Şarl Mişel - Rusiyanın erməni xalqına xəyanət etdiyi hamıya aydındır

 Rusiyanın erməni xalqına xəyanət etdiyi hamıya aydındır-bu barədə Avropa Şurasının Prezidenti Şarl Mişel “Euronews” telekanalına müsahibəsində bildirib .

“Rusiya Federasiyası sülh və təhlükəsizliyə dair sazişə zəmanət vermək üçün Qarabağda əsgərlərinin olmasını istəyirdi, lakin biz indi görürük ki, bu hərbi əməliyyat bölgədə olan Rusiya tərəfindən kiçicik bir reaksiya olmadan başlanıb” – Mişel bildirib.

Mişelin qeyd etdiyi kimi, o, Azərbaycanın bu qərarından son dərəcə məyusdur və bunu Azərbaycan Prezidenti İlham Əliyevə sərt şəkildə bildirir.

“İndi Azərbaycan xoş məram nümayiş etdirməli, vəziyyətin müşahidəsinə beynəlxalq icmanı cəlb etməlidir ki, Azərbaycanda erməni əhalisi də daxil olmaqla, insanların hüquqları və təhlükəsizliyi müdafiə oluna bilsin” – deyən Mişel Azərbaycanın Avropa İttifaqı üçün tərəfdaş olaraq qaldığını qeyd edib.