Cari ilin sonuna qədər Tbilisidə hərəkət edən bütün sarı mikroavtobuslar yeniləri ilə əvəz ediləcək

Cari ildə Tbilisi avtoparkı tamamilə yenilənir, – bu barədə bəyanatı Tbilisinin meri Kaxa Kaladze bu günki paytaxt hökümətinin iclasında verdi.

Onun dediyinə görə, nəqliyyat siyasətinə əsasən, paytaxtda sadəcə 1000 yeni mikroavtobus hərəkət edəcək. Qalan marşrutlarda isə, 8 metrlik avtobuslar işləyəcəklər.

“Yenə 400 avtobus alınacaq və bununla ictimai nəqliyyatın yenilənməsi prosesi cari ilin sonuna qədər başa çatacaq”, – dedi Kaxa Kaladze.

Tbilisi merinin dediyinə görə, nəqliyyat siyasəti çərçivəsində, sarı avtobusların tamamən yeniləri ilə əvəz edilməsi prosesi həyata keçirilir.