Cari həftədən qida obyektlərinin açıq məkanları şənbə-bazar günləri də işləyəcəklər
Cari həftədən qida obyektlərinin açıq məkanları şənbə-bazar günləri də işləyəcəklər, – bu qərar barədə bəyanatı idarələrarası koordinasiya şurasınınn nəzdində mövcud olan operativ qərargahın rəhbəri Giorgi Ğibradze iqtidar administrasiyasında keçirdiyi brifinqdə verdi.
Onun dediyinə görə, kafe-restoranlar requlyasiyaları tam şəkildə qoruyaraq işləməlidirlər.
“Bildiyiniz kimi, Gürcüstanda şənbə-bazar qida obyektləri işləmirdilər və fəaliyyətlərinə sadəcə sifariş servisi ilə davam edirdilər.
Qeyd olunan requlyasiya da yünqülləşdirilir və kafe-restoranlar bütün gərəkən requlyasiyaları qoruyaraq, açıq məkanlarında qonaqları şənbə-bazar günləri də qəbul edə biləcəklər”, – dedi Giorgi Ğibradze.