Jan-Klod Yunker - Biz Gürcüstanın viza rejiminin öhdəsindən gəlməsindən razıyıq
Jan-Klod Yunker - Biz Gürcüstanın viza rejiminin öhdəsindən gəlməsindən razıyıq

Gürcüstanın viza rejimi ilə bağlı məsələlərlə baş gəlməsindən çox razıyıq, – bu bəyanatı Avrokomisiyanın prezidenti Jan Klod Yunker verdi.

Bu sözlərlə Yunker Fransa səfiri tərəfindən verilən bəyanata cavab verdi.

Paskal Menye qeyd etmişdi ki, əksər hallarda Gürcüstan vətəndaşları Fransada hərəkat etmək imkanlarından yanlış istifadə edirlər və ümid etdi ki, gürcülər üçün yenidən viza rejiminə qayıtmaq lazım olmayacaq.

Fransa səfiri bəyan etdi ki, Fransa Gürcüstanı təhlükəsiz ölkə olaraq elan etdi, ancaq vizaliberalizasiyadan sonra, Fransadan sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayı daha da artıb.

Jan Klod Yunker isə, cavab verdi ki, müəyyən problemlərə baxmayaraq, Avropa İttifaqı Gürcüstanda vizasız rejimi qorumağa davam edəcək.

“Periodik olaraq, biz də sığınacaq istəyənlərin sayını yoxlayırıq və düşünürük ki, proses kontrol altındadır” – dedi Jan Klod Yunker.