The Calvert Journal Ana Uruşadzenin "Təhlükəli ana" filmini mütləq baxılması gərəkən filmlər arasında adlandırdı
The Calvert Journal Ana Uruşadzenin "Təhlükəli ana" filmini mütləq baxılması gərəkən filmlər arasında adlandırdı

The Calvert Journal 2018-ci ildə mütləq baxılması gərəkən ən yaxşı filmlərin siyahısını yaydı.

Nəşriyyat filmlərin siyahısını müxtəlif beynəlxalq festivallarda təqdim edilən filmlərdən tərtib edib.

Ən yaxşı beş film arasına gənc gürcü rejissoru Ana Uruşadzenin “Təhlükəli ana” filmi də daxil edildi.

Ana Uruşadzenin, bir neçə festivalın nominantı olan dramasında, baş rolu Nata Murvanidze ifa edir.

Filmdə qadağanlar və stereotiplərdən, mənəvi normalar və sosiyal məsuliyyətdən bəhs edilir.

“Təhlükəli ana” 50 yaşlı qadının həyatını təsvir edir.

Ana və ev xanımı dilemma qarşısında qalır. O ailə həyatı və uzun sürən ehtiraslı tutkusu arasında seçim etməlidir.

Manana öz həyatının mənasını yazmaqda tapır.