Əks-terror əməliyyatı zamanı zədələnmiş korpus sabah yoxlanacaq
Əks-terror əməliyyatı zamanı zədələnmiş korpus sabah yoxlanacaq

Tbilisi meri, Kaxa Kaladze Beri Salosi küçəsində əks-terror əməliyyatı zamanı zədələnmiş korpusda idi.

Kaladzenin sözlərinə görə, bu gün istintaq orqanları işlərini başa çatdırdılar, bundan sonra binalara təmizləmə xidməti daxil oldu və zədələnmiş yaşayış evlərini təmizlədi.

Kaxa Kaladzenin qeyd etdiyinə görə, sabahdan Tbilisi Meriyası laboratoriyasının nümayəndələri gələcəklər və vətəndaşların binaya girmək üçün nə qədər təhlükəsiz olduğunu müəyyənləşdirəcəklər.

Kaladze Isani qamgebelisi Kaxa Labuçidzeyə təşəkkürünü bildirdi. O, binanın sakinlərinə müraciət etdi və meriyanın onların problemlərini tezliklə həll edəcəyini vəd etdi.