Əfqanıstanda gürcü sülhməramlıları Gürcüstanın dövlət bayrağı gününü qeyd etdilər (video)

Əfqanıstanda gürcü sülhməramlıları Gürcüstanın dövlət bayrağı gününü qeyd etdilər. Şəxsi tərkib baza ərazisində dövlət bayrağının ucaldılması mərasimini keçirdilər.

Tədbir çərçivəsində, gürcü sülhməramlıları həlak olan hərbi xidmətçilərinin memorialına gül-çiçək dəstələrini apardılar. Sonra isə gürcü xalq mahnı və rəqslərini yerinə yetirdilər.