Ədliyyə Naziriyi pulsuz şəxsiyyət vəsiqələrinin verilməsinə başladı
Seçki siyahısının təkmilləşdirilməsi məqsədi ilə, martın 1-dən noyabrın 1-nə qədər Ədliyyə Nazirliyi pulsuz şəxsiyyət vəsiqələri verməyə başladı.
Bu barədə məlumatı Ədliyyə Naziri Tea tsulukiani keçirdiyi brifinqdə verdi.
Onun dediyinə görə, pulsuz şəxsiyyət vəsiqələrini sadəcə indiyə qədər passportları olmayan və həmçinin, noyabrın 1-nə qədər 18 yaşı tamam olan yeniyetmələr alacaqlar.
Aksiya çərçivəsində vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə bərabər, foto şəkili də pulsuz çəkdirəcəklər.
Ədliyyə Nazirliyinin məlumatına görə, nazirliyin bu təşəbbüsünə görə, son dörd il ərzində seçici bazası ciddi şəkildə düzəldi və 2 400 000 vətəndaşa pasport verildi;