İyunun 29-dan Achxoti-Sno-Axaltsixe-Cuti yolunun 12 km-16 km olan hissəsində xüsusi hərəkət rejimi tətbiq olunacaq
İyunun 29-dan Achxoti-Sno-Axaltsixe-Cuti yolunun 12 km-16 km olan hissəsində xüsusi hərəkət rejimi tətbiq olunacaq

 

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən verilən məlumata görə, bol yağıntı səbəbilə, dövlət əhəmiyyəti daxili Achxoti-Sno-Axaltsixe-Cuti avtomobil yolunun 12 km-16 km olan hissəsində çatlar, qayalardan güclü şəkildə daş qopması və sağ yamacın çökməsi müşahidə olunur.

İdarədən verilən məlumata görə, sözügedən hissədə görmə məsafəsinin pis olması səbəbilə iyunun 29-dan hər gün saat 21:00-dan 06:00-a kimi bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, sutkanın qalan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.