İyulun 28-29-da Gürcüstanda yağış yağacağı gözlənilir
İyulun 28-29-da Gürcüstanda yağış yağacağı gözlənilir

İyulun 28-i gününün ikinci yarısından 29-u səhərədək Qərbi Gürcüstanın əksər rayonlarında və Şərqi Gürcüstanın bəzi rayonlarında yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir- bu haqda Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.

Sinoptiklərin məlumatına görə, Şərqi Gürcüstanın bəzi rayonlarında dolu yağacağı ehtimalı var.

Həmçinin, Milli Ətraf Mühit Agentliyi bildirir ki, gözlənilən leysan yağışları Gürcüstanın kiçik çaylarında daşqınlara, ölkənin dağlıq ərazilərində sürüşmələrin başlamasına və aktivləşməsinə səbəb ola bilər.